Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsinə həsr olunmuş anım günü keçiriləcək +FOTO

Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsinə həsr olunmuş anım günü keçiriləcək +FOTO

Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsinə həsr olunmuş anım günü keçiriləcək +FOTO

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzinin təşkilatçılığı ilə 3 noyabr 2021-ci il saat 14:30-da Muzey Mərkəzində Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadənin xatirəsinə həsr olunmuş anım günü keçiriləcək.

 

Tədbir Azərbaycan təsviri sənətinin inkişafına layiqli töhfələr vermiş rəssamın zəngin irsini, yaradıcılığını, həyat və sənət fəaliyyətini geniş təbliğ etmək, onun əziz xatirəsini yad etmək məqsədilə keçiriləcək.

 

Böyükağa Mirzəzadə çoxsaylı dəzgah rəngkarlığı, qrafika, səhnəqrafiya əsərlərinin müəllifi olmuşdur. Onun yaradıcılığına Avropa rəngkarlığının, Azərbaycan milli sənətinin ənənələri təsir göstərmişdir.
O, Azərbaycan təbiət mənzərələrini, ölkəmizin mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləyib, teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə etmişdir.

 

Rəssamın fəaliyyəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olmuş və o, dövrünün yüksək orden və medalları, Fəxri adları ilə təltif olunmuşdur.

 

Tədbirin Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilməsi planlaşdırılır.

 

Giriş yalnız dəvətnamə ilədir.
Tədbirin keçirilmə yeri: Muzey Mərkəzi, Akt Zalı
Tarix: 2021-ci il, 3 noyabr
Saat: 14:30

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020