Azərbaycan Diasporuna Dəstək Fondunu Estoniyada Bir Sıra Görüşlər Keçirib - FOTO

Azərbaycan Diasporuna Dəstək Fondunu Estoniyada Bir Sıra Görüşlər Keçirib - FOTO

Azərbaycan Diasporuna Dəstək Fondunun və Estoniyadakı Azərbaycan Evinin əməkdaşları 29 oktyabr tarixində Estoniya İnteqrasiya Fondunun direktoru İrene Kaosaar və mədəni əməkdaşlıq departamentinin rəhbəri Kristina Pirgop Benton ilə görüşüb. Görüş zamanı hər iki Fondun fəaliyyət istiqamətləri haqqında qarşılıqlı müzakirələr aparılıb, diaspora üzvlərinin fəaliyyətinin artırılması və həmçinin milli azlıqların eston cəmiyyətinə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr haqqında məlumat verilib.


Daha sonra Bakının Suraxanı və Tallinin Kristiine rayonu arasında dostluğu simvolizə edən Kotkapoja parkına baş çəkilib. Kristiine rayonunun meri Jaanus Riibe Estoniya Respublikası və Azərbaycan Respublikasının 100 illiyi münasibəti ilə salınan bu park haqqında Fond əməkdaşlarını məlumatlandırıb. Gələcək əməkdaşlıqlar haqqında ümidvar olduğunu qeyd edən tərəflər sonda xatirə fotoları çəkdiriblər.


Səfər çərşivəsində həmçinin Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü münasibətilə  Tallin şəhərindəki Türkiyə Səfirliyində keçirilən rəsmi qəbulda həmin ölkədə səfərdə olan  Azərbaycan Diasporuna Dəstək Fondunun və Estoniyadakı Azərbaycan Evinin əməkdaşları iştirak edib. Cənab səfir Süleyman İnan Özyıldıza incə dəvəti və qonaqpərvərliyi üçün təşəkkür edən Fondun icraçı direktoru Əkrəm Abdullayev Türkiyə və Azərbaycan dostluq münasibətlərinin önəmini təbrik çıxışında bir daha vurğulayıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020