COĞRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI AKADEMİK ƏLƏŞRƏF MƏMMƏDOVUN YUBİLEYİNDƏ İŞTİRAK EDİBLƏR

COĞRAFİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI AKADEMİK ƏLƏŞRƏF MƏMMƏDOVUN YUBİLEYİNDƏ İŞTİRAK EDİBLƏR  

 

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya institutunun əməkdaşları - “Geomorfologiya və təbii risklər” şöbəsinin müdiri, c.ü.f.d. Rəfail Abdullayev, “Paleocoğrafiya” şöbəsinin müdiri, c.e.d. Yelena Tağıyeva və həmin şöbənin elmi işçisi Əliyar Əliyev Azərbaycan Dövlət Mükafatı və H.Z.Tağıyev adına Azərbaycan Milli mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, akademik Ələşrəf Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak və çıxış ediblər.

 

Akademikin doğma İlisu kəndinin Nizami adına tam orta məktəbində keçirilən görüşdə alimin həyat və elmi fəaliyyətinə həsr olunmuş “Akademik Ələşrəf Veysəl oğlu Məmmədov 90” xatirə kitabının təqdimatı olub.

 

Tədbirdə çıxış edən R.Abdullayev 250-dən çox elmi əsərin, 12 monoqrafiyanın, 6 atlasın və 10 qiymətli xəritənin müəllifi olan akademikin elm sahəsində qazandığı yüksək nəticələrdən və nailiyyətlərindən, çap etdirdiyi monoqrafiya və xəritələrdən, 1971-ci ildən ömrünün sonunadək Coğrafiya İnstitutunda müdir kimi çalışdığı Paleocoğrafiya” şöbəsindəki fəaliyyətindən danışıb.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020