Azərbaycan-Braziliya parlamentlərarası dostluq qruplarının görüşündə - FOTO

Azərbaycan-Braziliya parlamentlərarası dostluq qruplarının görüşündə - FOTO

Noyabrın 2-də Milli Məclisin Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Braziliya Milli Konqresi Senatının Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasia ilə görüşüb.


Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Müşfiq Məmmədli qonağı salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Altıncı çağırış Milli Məclisi dünyanın bir çox ölkələrinin qanunverici orqanları ilə sıx əməkdaşlıq edir. Azərbaycan parlamenti üçün Braziliya parlamenti ilə əlaqələr böyük əhəmiyyət kəsb edir. Müşfiq Məmmədli Braziliya Milli Konqresinin həm Senatında, həm də Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə dostluq qruplarının fəaliyyət göstərməsini ölkəmizə verilən böyük önəmin nümunəsi kimi dəyərləndirib.


Senator Antonio Anastasia Braziliyanın diplomatik əlaqələrə və parlamentlərarası əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Parlamentlərarası əməkdaşlıqda parlament dostluq qruplarının rolunu vurğulayan senator ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səyləri artırmağın vacibliyindən danışıb.


Görüşdə iştirak edən Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar Bayramov, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov və Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, investisiya imkanları barədə fikirlərini bölüşüblər.


Qonağa Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsindən sonra bölgədə yaranmış yeni əməkdaşlıq imkanları, azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng infrastruktur və bərpa layihələri barədə məlumat verilib. Bildirilib ki, regionda kommunikasiyaların açılması iqtisadi tənəzzül yaşayan Ermənistan üçün həyati əhəmiyyət kəsb edir.


Görüşdə Azərbaycan və Braziliya arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf potensialı və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020