AMADA idman məktəblərində Antidopinq Maarifləndirmə Proqramına başlayıb - FOTO

AMADA idman məktəblərində Antidopinq Maarifləndirmə Proqramına başlayıb - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə idman məktəblərində geniş Antidopinq Maarifləndirmə Proqramı həyata keçirir. “Dəyərlərə Əsaslanan Maarifləndirmə Proqramı” Təhsil Nazirliyinin tabeliyində olan  paytaxt və regionlardakı idman məktəblərini əhatə edir.  Proqram çərçivəsində AMADA-nın mütəxəssisləri  antidopinq sahəsi ilə bağlı vacib bilikləri, o cümlədən təmiz idman dəyərləri,  dopinqdən istifadənin idmançıların  sağlamlığına zərərləri və  hüquqi nəticələri barədə ətraflı məlumat verirlər.


Maarifləndirmə proqramında həmçinin narkotik vasitələrlə mübarizə mövzusuna xüsusi yer verilib.  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçılarından biri olaraq AMADA Narkotik vasitələrin və psixotrop maddələrin qəbulunun zərərləri və fəsadları ilə bağlı gənc və yeniyetmə idmançılara ətraflı məlumat verilir.


Maarifləndirmə proqramına müxtəlif tədbirlər, o cümlədən  seminarlar, sual-cavab sessiyaları və  əyləncəli intellektual yarışların keçirilməsi daxildir. Proqramda iştirak edən gənc və yeniyetmə idmançılara antidopinq sahəsi ilə bağlı əyani vəsaitlər, təbliğat materialları  və müxtəlif hədiyyələr təqdim olunur.  
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020