Azərbaycanlı yapon dili müəlliminin ordenlə təltif olunması qərarı

Azərbaycanlı yapon dili müəlliminin ordenlə təltif olunması qərarı

3 noyabr 2021-ci il tarixində Yaponiya Hökuməti 2021-ci il payız mövsümü üzrə Orden ilə təltif edilmiş xarici vətəndaşların adlarını elan etmiş, Azərbaycandan aşağıda adı göstərilmiş şəxsin təltif olunmasına qərar verilmişdir.


-  Professor Oqtay Cəlilbəyli - Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Uzaq Şərq dilləri və Ədəbiyyatı Kafedrasının Müdiri


-  Təltif olunduğu orden: Rozetli Qızıl Şəfəqli Gündoğar Ordeni (The Order of the Rising Sun, Gold Rays with Rosette)


-  Nailiyyətləri: Azərbaycan Respublikasında yapon dili və yapon mədəniyyətinin davamlı təbliğatına və Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinə verdiyi töhfələr
 

Xarici vətəndaşların orden ilə təltif edilməsi, Yaponiya ilə dostluq əlaqələrinin inkişafında böyük əməyi olmuş xarici vətəndaşlara Əlahəzrət İmperatorun adından təqdim olunur.
 

Yaxın zamanda, Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən orden sahibinə orden və diplomun təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020