Niderland Krallığında və Fransada Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbirlər keçiriləcək

Niderland Krallığında və Fransada Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbirlər keçiriləcək

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirirlər.
 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatları Eldar Quliyev və Soltan Məmmədov noyabrın 3-dən 10-na kimi öncə Niderland Krallığının Haaqa şəhərində, sonra isə Fransanın paytaxtı Parisdə səfərdə olacaq, bu ölkələrdəki Azərbaycan səfirliklərinin Zəfər Gününə həsr edilmiş tədbirlərində iştirak edəcəklər.


Tədbirlərdə Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Günü anılacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad ediləcək.   
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020