II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi keçiriləcək +FOTO

II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi keçiriləcək 

 

8-10 noyabr 2021-ci il tarixlərində Zəfər Gününə və şəhidlərimizin əziz xatirəsinə həsr edilən II beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresi keçiriləcək.

 

Konqresin Azərbaycan tərəfindən təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyası, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Xəzər Universiteti, Naxçıvan Universitetidir. Türkiyə tərəfindən təşkilatçılar Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutudur.

 

Konqresin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevdir. Təşkilat Komitəsinin sədri isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır. Təşkilat Komitəsinə Azərbaycan və Türkiyə respublikalarını təmsil edən bir sıra tanınmış alim və mütəxəssislər daxildir.
Konqresdə riyaziyyat, mühəndislik, fizika, kimya, biologiya, ətraf mühit elmləri, coğrafiya, tibb elmləri, idman elmləri, kənd təsərrüfatı elmləri, baytarlıq elmləri, təhsil elmləri istiqamətləri üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulub.

 

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

https://www.scienceazerbaijan.org/karabagh?lang=az
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020