Deputatlar Baltik Assambleyasının 40-cı sessiyasında iştirak edəcəklər

Deputatlar Baltik Assambleyasının 40-cı sessiyasında iştirak edəcəklər

Noyabrın 5-də Litvanın Vilnüs şəhərində Baltik Assambleyasının 40-cı sessiyası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları Azər Kərimli və Elnur Allahverdiyev iştirak edəcəklər.


Sessiyada “Baltikyanı ölkələrin regionun yenidən açılmasında əməkdaşlığı: böhranın təsirinin yumşaldılması üçün birgə tədbirlər və beynəlxalq əməkdaşlığın rolu”, “Baltikyanı ölkələrin enerji təhlükəsizliyi: Avropanın elektrik enerjisi şəbəkələri ilə sinxronizasiyadan sonrakı vəziyyət və qeyri-Avropa Birliyi ölkələri ilə enerji ticarəti”, “Baltikyanı ölkələrin Avropa İttifaqının xarici sərhədləri yaxınlığında təhlükəsizlik problemlərinin həllində rolu” və digər mövzularda müzakirələr aparılacaq.


Tədbir çərçivəsində Baltik Assambleyasının 2022-2023-cü illərdə Büniluks Parlamenti ilə əməkdaşlığı və bir sıra digər təşkilati məsələlərə də baxılacaq.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020