Hüseyn Əmir Abdullahian: Tehran-Bakı münasibətləri müsbət qonşuluq əlaqələri məcrasında davam edir

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian : Tehran-Bakı münasibətləri müsbət qonşuluq əlaqələri məcrasında davam edir.


Nazirin sözlərinə görə bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin mühüm olan odur ki, hər iki tərəf qarşıya çıxan maneələri dəf etmək üçün ciddi iradəyə malikdir.


Hüseyn Əmir Abdullahian qeyd etmişdir :Həmkarım cənab Ceyhun Bayramov və mən iki ölkə adından münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələrimizi və məsləhətləşmələrimizi davam etdiririk . Bu kontekstdə biz ictimai və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılması barədə razılığa gəldik.
 

“ Biz qonşularımızı özümüzə qohum hesab edirik və qohumluq münasibətlərini tənzimləyən prinsipləri yüksək qiymətləndiririk” –deyə nazir əlavə etmişdir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020