İlqar Rəhimov BMT-nin Avropa və Orta Asiya üzrə regional direktoru Gwi-Yeop Sonla onlayn formatda görüş keçirib - FOTO
Bu xəbəri paylaş
02 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, BMT-nin Avropa və Orta Asiya üzrə regional direktoru Gwi-Yeop Son və BMT-nin Azərbaycandaki rezident koordinatoru Vladanka Andreeva arasında onlayn formatda görüş keçirilmişdir.
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, vitse-prezident İlham Zəkiyev və paralimpiyaçılarımız iştirak etmişlər.
Görüş zamanı Komitə prezidenti İ. Rəhimov ölkəmizdə paralimpiya hərəkatının inkişafı barədə məlumat verərək bildirmişdir ki, 1996-cı ildə yaradılan Milli Paralimpiya Komitəsi sıralarında minlərlə idmançı birləşib. Bu illərdə komitə böyük bir ictimai hərəkata çevrilib. İdmanla yanaşı, əlillərin cəmiyyətə inteqrasiyası, sosial həyatı və reabilitasiyası ilə bağlı məsələlərə də diqqət ayrılır. İlqar Rəhimov uşaq paralimpiya hərəkatı barədə də görüş iştirakçılarına məlumat verib. O, bildirib ki, əlilliyi olan uşaqlar idman vasitəsilə cəmiyyətə inteqrasiya olunur.
Komitə prezidenti İlqar Rəhimov Abilimpiya hərəkatının inkişafı ilə bağlı da məlumat vermişdir.
İ.Rəhimov: “Abilimpiya hərəkatı vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünəməşğulluq proqramlarında iştirak edəcəklər. Azərbaycanda Abilimpiya Hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, eyni zamanda özəl sektoru təmsil edən qurumlar da daxil olmaqla, qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyət göstərmək üçün işlər görülür.”
Daha sonra İ.Rəhimov fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya edilməsində müyəssərliyin təmin edilməsinin vacib məsələlərdən biri olduğunu qeyd etmişdir.
BMT-nin Avropa və Orta Asiya üzrə regional direktoru Gwi-Yeop Son və BMT-nin Azərbaycandaki rezident koordinatoru Vladanka Andreeva komitənin fəaliyyətini maraqla qarşıladıqlarını və görülən işlərin əhəmiyyətini vurğulayıblar. BMT ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində layihələr həyata keçirməkdə maraqlıdır və bu istiqamətdə Milli Paralimpiya Komitəsi ilə əməkdaşlağın vacibliyini qeyd etmişdirlər.
Daha sonra, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, Tokio 2020 Yay Paralimpiya Oyunlarının çempionu Elvin Astanov və paralimpiyaçı Vüsalə Kərimova öz nəaliyyətləri, paralimpiya ailəsinə qatılmaları haqqında danışmış, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası üçün görüləcək işlər barədə təkliflər vermişlər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)







