"Zəfər günün mübarək" adlı konsert keçirildi (AZpress.AZ-Minə Türksoy, +FOTO=46)

"Zəfər günün mübarək" adlı konsert keçirildi (AZpress.AZ-Minə Türksoy, +FOTO=46)

 

3 noyabr saat 18.00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsi çərçivəsində Zəfər gününə həsr olunmuş "Zəfər günün mübarək" adlı konsert keçirilmişdir.

 

Konsertdə Respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçüləri iştirak etmişdir: vokalçılar - Cəlal Kərimov və Sübhan Rüstəmov; qanun ifaçıları - Sevda Cəbrayılova, Fidan Hüseynli, Zəhra Məmmədova, Süleyman Mahmudov; violin ifaçıları - Səriyyə Nəsibova, Surə Rüfət və Zərrin Əliyeva, tarzən - Fateh İsgəndər; violonçel ifaçısı - Cəlalə İsmayılzadə; kamança ifaçısı - Sevinc Mirzəli; pianoçular - Nərgiz Kəngərli, Züleyxa Abdullayeva və Vüsalə Babayeva, fleyta ifaçısı - Kamran Talıbov; xanəndə - Həzrət Əzizli, Sevil Abdullayeva və Adil Əliyev; klarnet ifaçısı - Asim Rzazadə, qiraətçi - Əliulla Vəliyev. Tədbirdə tanınmış bəstəkarların əsərləri ilə yanaşı, gənc müəlliflər, layihə iştirakçıları - Vəfa Bağırzadə və Ərtoğrul Balayevin də əsərləri səsləndirilmişdir.

 

Sonda Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının xoru (bədii rəhbər - Validə Cəlilova, müşayiətçi - Aynur Abdullayeva) bəstəkar Pikə Axundovanın “Azərbaycan, Zəfər günün mübarək!” adlı əsərini ifa etdi.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən layihənin hər bir iştirakçısı təşəkkürnamə ilə təltif olundu. Təşəkkürnamələri iştirakçılara Vətən müharibəsinin şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Hikmət Səfərovun oğlu təqdim etdi.

 

Qeyd edək ki, bu il “Gənclərə dəstək” layihəsi 5 illiyini qeyd edir. Layihənin əsas vəzifəsi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Bundan əlavə, lahiyənin məqsədi dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır. Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb. “Gənclərə dəstək” layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadə,kordinator musiqişünas Ayla Kərimova-Zəkəriyyənin təşəbbüsü və Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15 noyabr 2016-cı ildə yaradılmışdır. “Gənclərə dəstək” layihəsi çərçivəsində konsertlər mütəmadi olaraq hər ay bir neçə dəfə həm Filarmoniya həm də Kamera və Orqan Musiqi Zalının səhnəsində keçirilir.

 

Bu günə qədər keçirilən konsertlərin hər biri geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edib və rəğbətini qazanmışdır. Layihədə iştirak etmək üçün, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, A.Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdləri cəlb olunmuşdurlar. Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020