ŞƏMKİRDƏ ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ FUTBOL ÜZRƏ RAYON TURNİRİ KEÇİRİLMİŞDİR +FOTO=2

ŞƏMKİRDƏ ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ FUTBOL ÜZRƏ RAYON TURNİRİ KEÇİRİLMİŞDİR +FOTO=2

 

3 noyabr 2021-ci il tarixdə Şəmkir şəhər “İdeal Arenada” Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş futbol idman növü üzrə Şəmkir rayon Birincliyi keçirilmişdir.

 

Yarışın rəsmi hissəsində Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, UGİM direktoru Namiq Mahmudov, idarənin əməkdaşları və futbol həvsəkarları iştirak etmişdir. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsinin ardınca, Qarabağ müharibəsində və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı ilə, tarixə qəhrəmanlıq səlnaməsi kimi düşmüş, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir.

 

Yarışda Şəmkir rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin futbol idman növü üzrə 2009-2010-cu illər təvüllüdlü idmançıları iştirak edərək, aşağıdakı nəticələr qeydə alınmışdır:

 

1-ci yer Təzəkənd 2 komandası

2-ci yer Mahmudlu komandası

3-cü yer Şəmkir komandası

Qalib gələn komandaları təbrik edirik, növbəti yarışlarda uğurlar arzulayırıq.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020