ALL IN TWO Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Gazelli Art House ilə birgə sərgisi +FOTO=23

“ALL IN TWO” Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Gazelli Art House ilə birgə sərgisi +FOTO=23

“ALL IN TWO” Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Gazelli Art House ilə birgə sərgisi +FOTO=23

 


Rəssamlar:
Irisa Blumate
Iveta Vecenane

 

Tezliklə iki nəsil məşhur Latviya müasir tekstil rəssamları - müəllim İrisa Blumate və onun keçmiş tələbəsi İveta Vesenanenin sərgisi açılacaq. Hər iki rəssam nəsillərarası dialoq vasitəsilə tarix boyu qobelen sənətinin inkişafını əks etdirir, ətraflarındakı müxtəlif yanaşma və üsulları araşdırırlar. Bu, tətbiqi sənət ənənələrini, bacarıqlarını və biliklərini qiymətləndirən bir araşdırma yoludur Sərgi hər iki rəssamın zamanla tekstil sənətinin inkişafı, dəyişikliklər, yeni ideyalar və hissləri özündə əks etdirən retrospektiv və müxtəlif əsərlərindən ibarətdir, Hər iki sənətçi eyni məktəbdə - Latviya Rəssamlıq Akademiyasında təhsil alıblar. Müəllim və tələbə ömrü boyu yaradıcılıqla məşğul olaraq bir çox beynəlxalq və milli sərgilərdə iştirak ediblər. Sərgi Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Gazelli Art House ilə birgə əməkdaşlığı ilə təşkil olunur. Tekstil sənəti həmişə Latviya mədəniyyətinin ayrılmaz bir hissəsini təşkil etmişdir və hər zaman məhşhur bir
sənət sahəsi olmuşdur. Bu sənət növü xalq yaradıcılığı dəyərlərinin və peşə bacarıqlarının irsindən
qaynaqlanan dərin və tarixi ənənələrə malikdir. Latviya səfirliyi olaraq mədəni irsə böyük maraq göstəririk və ümid edirik ki, ictimaiyyətə təqdim olunan bu sərgi Azərbaycan tamaşaçılarının da marağına səbəb olacaq.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020