İsraildə Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbir keçiriləcək

İsraildə Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbir keçiriləcək

Milli Məclisin deputatı Anatoliy Rafailov noyabrın 7-də İsrailin Tel-Əviv şəhərində Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbirə qatılacaq.


“Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyası AZİZ-in təşkilatçılığı ilə keçiriləcək tədbirdə  Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Gününün  ildönümü qeyd ediləcək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunacaq.


Səfər çərçivəsində Anatoliy Rafailov Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan-İsrail diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr edilmiş tədbirlərdə də iştirak edəcək.


Tədbirlərə İsrail parlamentinin üzvləri, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri də qatılacaqlar.
 

Səfər noyabrın 11-də başa çatacaq.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020