Dəniz Mall-da Zəfər Günü təntənəli qeyd ediləcək

Şanlı Qələbəmizin birinci ildönümü Dəniz Mall  Ticarət və Əyləncə mərkəzində təntənəli qeyd olunacaq.
 

Zəfər Günü münasibətilə ticarət mərkəzində sərgi təşkil ediləcəkdir. “Böyük Qələbə uşaqların gözü ilə” adlanan sərgidə 8-13 yaşlı uşaqların mövzu ilə bağlı rəsmləri nümayiş etdiriləcəkdir. Sərginin keçirilməsində əsas məqsəd uşaqlara vətənpərvərlik ruhunun və Zəfər Gününün xalqımız üçün önəminin aşılanmasıdır. Sərgidə rəsmləri nümayiş etdirilən uşaqlar müxtəlif həvəsləndirici hədiyyələrlə mükafatlandırılacaqlar.
 

Bakı Kamera orkestri, uşaq və böyüklərdən ibarət xor illərdi gözlədiyimiz bayrama möhtəşəm rəng qatacaq.
 

Tədbir  çərçivəsində Dəniz Mall-da yerləşən fontanda unikal su şousunun göstərilməsi nəzərdə tutulub.
 

Zəfər Günü abu-havasını hiss etmək üçün hər kəsi Dəniz Mall Ticarət və Əyləncə mərkəzini ziyarət etməyə dəvət edirik.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020