Qələbə hünəri Respublika Yaradıcılıq Sərgisi açıldı (AZpress.AZ- Ə. Mahir, +FOTO=48)

“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi açıldı (AZpress.AZ- Ə. Mahir, +FOTO=48)

“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi açıldı  (AZpress.AZ- Ə. Mahir, +FOTO=48)

 


Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il noyabr ayının 5-də saat 16:00-da Xətai Sənət Mərkəzində Vətən Müharibəsində qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı sərgi Azərbaycan Respublikasının himninin sədaları altinda açıldı. Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasınln direktotu Qalib Qasımov açaraq sərgi iştirakçılarını salamladı və tədbir haqda ümümi məlumat verdi. Sənətşünas Ziyadxan Əliyev, Azərbaycan İncəsənət universitetinin professoru Səmədağa Cəfərov,Bakı qalereyasının direktoru Eldəniz Babayev,Xətai Sənət Mərkəzinin direktotu Zahid Əvəzov və rəssam Yusif Mirzə açılışda çıxış etdi. Sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə elan olunmuşdur. Sərginin keçiriləcəyinə dair əvvəlcədən verilmiş elana uyğun olaraq 156 müəllif tərəfindən elektron variantda 200-dən çox əsər təqdim olunmuşdur və bu gün 39 müəllifin 45 əsəri sərgilənır. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.

ƏZİZ BAKI SAKİNLƏRİ VƏ ŞƏHƏRİMİZİN QONAQLARI !
Sərgiyə 12 noyabr tarixinədək saat 11:00-dan 18:00-dək COVİD-19 pandemiyası ilə əlaqədar qəbul olunmuş karantin qaydalarına uyğun qaydada tamaşa etmək olar.

GİRİŞ SƏRBƏSTDİR! 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020