AMADA Zəfər Gününə həsr olunmuş "Azərbaycan təmiz qələbələr qazanır!" adlı tədbir keçirib - FOTO

AMADA Zəfər Gününə həsr olunmuş "Azərbaycan təmiz qələbələr qazanır!" adlı tədbir keçirib - FOTO

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) noyabrın 6 da  Dənizkənarı Milli Parkda "Azərbaycan təmiz qələbələr qazanır!" adlı tədbir keçirib.  Zəfər Gününə həsr olunmuş tədbirdə AMADA-nın rəhbərliyi və kollektivi, AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının üzvləri olan məşhur idmançılar iştirak edib. Tədbir paytaxt sakinləri xüsusi ilə də uşaqların böyük marağına səbəb olub. Belə ki, tədbirdə vətənpərvərliyi və sağlam həyatı təbliğ edən müxtəlif maraqlı əyləncəli oyunlar keçirilib. İnstaqram üçün hazırlanmış xüsusi “Zəfər Günü” tətbiqindən istifadə edərək şəkil çəkdirmə aksiyasında iştirak edən insanlara şəkilləri yerindəcə çap edilərək təqdim edilib.  Bundan əlavə tədbirdə “Qələbəni təsvir et” oyunu keçirilib. İştirakçılar “Azərbaycan təmiz qələbələr qazanır!“ adlı böyük lövhə üzərində Vətən müharibəsinin simvolları, işğaldan azad olunmuş  şəhərlərimizin adları və tarixi abidələrin şəkillərini rəngləyiblər. Tədbirdə həmçinin “Dəmir Yumruğunu göstər” adlı   “Boks”  qurğusu  oyunu  və “Dəqiq zərbə ” adlı kiçik futbol qapısına top vurma oyunu təşkil edilib. Tədbirdə iştirak edən paytaxt sakinlərinə müxtəlif hədiyyələr verilib. Onlar hədiyyələrini məşhur idmançıların əlindən alıb və onlarla şəkil çəkdiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020