Gülağa Tənha : ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!
Bu xəbəri paylaş
Xalqımız tarixi qələbəmizin ildönümünü qeyd edir. Xaricdə yaşayan bir iş adamı kimi, bunun xüsusən bizim kimi diaspora nümayəndələri üçün nə qədər əhəmiyyətli olduğunu sözlə ifadə etmək çətindir. İllərdir qərib ölkələrdə uduzmuş ölkənin nümayəndəsi olmaq, utancaqlıq hissi ilə yaşamağımıza birdəfəlkik son qoyuldu. İndi , artiq bütün dünya bizi qalib bir ölkənin vətəndaşı kimi tanıyır, biz isə bununla fəxr edirik. Bir ildir ki, bu möhtəçəm sevinci bizə bəxş edən , xalqımızin rəşadətli əskəri və onun Ali Baş komandanı ilə qürur duyuruq.
Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə 30 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələbləri yerinə yetirildi, bölgədə yeni geosiyasi və geoiqtisadi reallıq yarandı. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi: “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.
Ermənistanın hərbi birləşmələrini Azərbaycan Silahlı Qüvvələrinin cəmi 44 gün ərzində darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın milli qürur hissini və ləyaqətini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə fəxr etdiyini, onlarla qürur duyduğunu bildirdi. Həm işğal, həm də müharibə dövründə xarici təzyiqlərə və ikili standartlar siyasətinə baxmayaraq, Azərbaycan özünün tarixi ərazilərini işğaldan azad etdi.
Müharibə dövründə orduya komandanlıq edən, onun strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən Ali Baş Komandanın siyasi, diplomatik fəaliyyəti informasiya müharibəsində də qələbəyə səbəb olmuşdur. Prezident İlham Əliyevin informasiya cəbhəsində də misilsiz rəşadət göstərərək istər müharibənin gedişində, istərsə də müharibədən sonra dünyanın nüfuzlu KİV-lərinə verdiyi müsahibələr münaqişə ilə bağlı beynəlxalq ictimaiyyətin fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Onu da qeyd edim ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoydu. Bu zəfər keçən bir il müddətində Azərbaycanın və eləcə də bütün regionun sülh və iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı. Eyni zamanda, bu gün doğma Qarabağımızda gedən sürətli bərpa və quruculuq işləri Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bütün dünyaya nümayiş etdirir.
Cənab Prezidentin işğaldan azad edilmiş ərazilərə müntəzəm səfərləri isə bunun əyani sübutudur. Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın Ali Baş Komandanı həmin dəmir yumruğu hədəfli olaraq düşmənin başına zərbə kimi endirdi. Qürurlu və güclü xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək Yenilməz Azərbaycan Sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını davamlı edərək, daha böyük Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcəkdir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)