BMT-nin Bonndakı qərargahı qarşısında Zəfər Günü münasibətilə fotosərgi keçirilib - FOTO

BMT-nin Bonn şəhərindəki qərargahı önündə 8 noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!” şüarı altında fotosərgi nümayiş etdirilib.

Sərgidə Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallara və məlumatlara diqqət cəlb edilib.   

Aksiyada diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020