ADPU TGT Vətən müharibəsinə həsr olunan intellektual yarış keçirib

Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) nəzdində fəaliyyət göstərən Layihələr klubunun təşkilatçılığı ilə Universitetin Heydər Əliyev məktəbinin lektoriyasında Vətən müharibəsinə həsr olunmuş "Odlar Yurdum" adlı intellektual yarış keçirilib.


ADPU TGT-nin sədr müavini Aytən Əliyeva açılış nitqi ilə çıxış edib.


Layihələr klubunun rəhbəri Türkan Qurbanzadənin moderatorluğu ilə davam edən yarışda Vətən müharibəsi dönəmini əks etdirən suallar səsləndirilib. Yarışın sonunda qaliblərə - Ülkər Cavadova (I yer),  Lalə Rzazadə (II yer) və  İlahə  Vəliyevaya  (III yer) diplomlar təqdim olunub.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020