Beynəlxalq Muğam Mərkəzində İgidlərin sözü layihəsi təqdim olundu (+FOTO=9, +VİDEO)

Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” layihəsi təqdim olundu (+FOTO=9, +VİDEO)

Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” layihəsi təqdim olundu (+FOTO=9, +VİDEO)

 

Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” layihəsi təqdim olundu. Təqdimat “Söz” layihəsi ( ideya müəllifi və layihə rəhbəri Nigar Həsənzadə) ilə birgə reallaşdı. Gecədə tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, layihə iştirakçılarının əsgər yoldaşları iştirak edirdilər.

 

Tədbirddə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Gecənin əvvəlində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov “İthaf” əsərini ifa etdi. Kompozisiya 44 günlük Vətən Müharibəsində həlak olan Azərbaycanın igid oğullarının xatirəsinə həsr olunub. Daha sonra layihənin iştirakçıları səhnəyə dəvət olundu. Qazilərin çıxışlarından əvvəl tamaşaçılara onların doğulduğu yer, təhsil aldığı müəssisə, cəbhəyə getmə vaxtı və döyüşlərdə iştirakı barədə məlumat verilirdi. Onların əksəriyyəti könüllü olaraq cəbhəyə gedib. Qazilər şeirlərini Vətənə, Qarabağın gözəlliyinə, döyüş yoldaşlarına, şəhidlərə həsr ediblər. Çıxışlar zamanı ekranda “İgidlərin sözü” layihəsi iştirakçılarının döyüş yolundan bəhs edən fotoşəkillər və video kadrlar nümayiş etdirilirdi. Oğuz Alparslan, Səbuhi Qurbanov, Emin Piri, Nicat Ağayev, Orxan Səlifov, Eyvaz Əyyub, Cavid Əlioğlu, Kərəm Aydın, Həsən Kür, Miri Abdullayev, Elvin İntiqamoğlu döyüşlər zamanı qələmə alqıdları şeirləri səsləndirdilər. Zalda bu duyğuları dinləyən heç kim biganə qala bilmədi. Hər kəsin gözlərindən yaş süzülür bu qürur yaşlarıdır. İgidlərin , şücaətlərinə,cəsarətlərinə görə minnətdarlıq hissləridir. Beynəlxalq Muğam Mərkəzinin səhnəsindən qazilərin öz ədəbi əsərlərini səsləndirdikləri tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

 

Tədbirin sonunda layihənin ideya müəllifi şair Nigar Həsənzadə səhnəyə çıxdı. Şairənin öz yaradıcılığından təqdim etdiyi poetik əsər alqışlarla qarşılandı. Sonda səhnəyə çıxan bütün iştirakçıları tamaşaçılar ayaq üstə uzun sürən alqışlarla qarşıladılar.

 

Qeyd edək ki, gecənin aparıcısı Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd idi. Azərbaycan Dövlət Simli Kvartetinin ifasında - Əməkdar artistlər Ceyla Seyidova (birinci skripka), Vaxtanq İmanov (alt) və Aleksey Miltıx (violonçel), həmçinin Soltan Məmmədovanın (ikinci skripka) musiqi parçaları lirik gecəyə həmahəng notlar qatdı.

 

Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir. Layihə əsasında qazilərin ədəbi nümunələrindən ibarət materiallar toplanaraq antologiya şəklində dərc olunacaq.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020