44-günlük Zəfər yolu- (AZpress.AZ- Minə Türksoy, +FOTO=16)
Bu xəbəri paylaş
44-günlük Zəfər yolu- (AZpress.AZ- Minə Türksoy, +FOTO=16)
44-günlük Vətən müharibəsi “Zəfərlə” başa çatdı.Xalqımız bu Zəfər gününü həm şadlandı,həm də şəhidlərimizi yad etdilər.Səbail rayonu Mehman və Müşfiq Nəbiyev qardaşları adına 51-saylı tam orta məktəbin müəllim və şagird kollektivi də 28-illik əlçatmaz arzumuzu 44-gündə həyata keçirən şəhid qardaşlarımıza,məktəbin direktoru Tərlan Bayramovanın rəhbərliyi altında “Anım günləri” keçirdilər.Bütün siniflər bu tədbirə ruh yüksəkliyi ilə qatıldılar.
Məktəbin Kitabxana mudiri Abdullayeva Hafizə və musiqi müəllimi Bənnayeva Günay tərəfindən 27-oktyabr 2021 ci il tarixində Şəhidlərimiz İsmayıl Qəsəbov və Oktay Səfərova həsr olunmuş tədbir keçirildi. Məktəbin direktoru Tərlan Bayramova çıxışı ilə tədbiri açdı.Şagirdlərə şəhidlərimiz sayəsində azad olunmuş torpaqlar haqqında çəlumat verdi.Tədbirdə 4,5,8,9 və 10 sinif şagirdləri fəal iştirak etdilər.
29-oktyabr 2021 ci il tarixində məktəbin musiqi müəllimi Bənnayeva Günay və Dil-Ədəbiyyat müəllimi Məmmədova Həbibə 7c sinif şagirdlərinin iştirakı ilə Şəhid Sakit Allahverdiyevə həsr olunmuş tədbir keçirdilər.Tədbirdə 7c sinif şagirdləri Şəhid haqqında məlumat,şeirlər və Vətənpərvər mahnılar ifa etdilər.
5-noyabr 2021 ci il tarixində məktəbin ibtidai sinif müəllimi Şahbazova Ayşən və musiqi müəllimi Bənnayeva Günay 4ç sinif şagirdlərinin iştirakı ilə Şəhid Şamil Babayevə həsr olunmuş tədbir keçirdilər.Tədbirdə iştirak edən məktəbin Tedris işləri üzrə direktor müavini Şəhla Hüseynova 28 il bundan oncə işğal olunmuş torpaqlar haqqında şagirdlərə geniş məlumat verdi.Tədbirdə müğənni Vüsal Əliyev də iştirak etdi.
Tədbirlərdə şəhidlərimiz bir dəqiqəlik sükütla yad edildi.Hər bir şəhidin qısa həyat hekayələri video çarxlar vasitəsilə göstərildi.Tədbirlərdə Şəhidlərimizin yaxınları,ailə üzvləri,döyüş yoldaşları,qazilər iştirak etdilər.Sonda şagirdlər Dəmir yumruqla”Qarabağ Azərbaycandır” şüarını səsləndirdilər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)















