ADPU TGT nümayəndələri şəhid Əbülhəsən Eyvazovun ailəsini ziyarət ediblər - FOTO

Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) nəzdində fəaliyyət göstərən Vətənpərvərlik klubu və Tarix klubunun idarə heyəti üzvləri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Əbülhəsən Eyvazovun ailəsini ziyarət edib.


Görüş əsnasında şəhidin atası Balaş Eyvazov Əbülhəsənin həyatından, xatirələrindən, keçdiyi şərəfli döyüş yolundan bəhs edib, şəhid haqqında tələbələri maraqlandıran sualları cavablandırıb.


ADPU TGT nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə şəhidin xatirə lövhəsi və onun adına yaradılmış bulağı ziyarət ediblər.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020