Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatı keçiriləcək
Bu xəbəri paylaş
13 dekabr 2021-ci il tarixində Boccia idman növü üzrə “Seni Cup” Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Milli Paralimpiya Komitəsi, Boccia İdman Federasiyası və Seni şirkətinin dəstəyi ilə keçiriləcək çempionatda 5 kateqoriya üzrə (BC1, BC2, BC3, BC4, BC5) 50-dən çox idmançı iştirak edəcək. Turnirin qrup mərhələləri 7-11 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzində baş tutacaq. Final mərhələsi 13 dekabr 2021-ci il tarixində Bakı İdman Sarayında keçiriləcək.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)