Qazaxıstan səfirliyi Azərbaycan xalqını təbrik etdi

Qazaxıstanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını 8 Noyabr-Zəfər Günü münasibətilə təbrik edib.


AZpress.AZ xəbər verir ki, diplomatik nümayəndəliyin yaydığı təbrikdə deyilir.


"Qazaxıstan Səfirliyinin kollektivi bütün qardaş Azərbaycan xalqını tarixi hadisə - Zəfər Gününün birinci ildönümünün sevinclə qeyd edilməsi və qarşıdan gələn milli bayramlar - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir.


Səmimi qəlbdən hər kəsə sülh, xoş günlər, əmin-amanlıq, bütün işlərdə böyük nailiyyətlər və uğurlar arzu edirik!"
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020