44 günlük qəhrəmanlıq dastanına həsr olunan "Hədəfdə Zəfər" bədii kompozisiyası Qurtuluş filialında nümayiş etdirildi.
Bu xəbəri paylaş
44 günlük qəhrəmanlıq dastanına həsr olunan "Hədəfdə Zəfər" bədii kompozisiyası Qurtuluş filialında nümayiş etdirildi.
Tədbirin təşkil olunmasında Nəsimi filialının balabilgələri və bütün müəllim heyəti iştirak etmişdir.
Kompozisiya xalqımızın bir bayraq altında yumruq kimi birləşməsini simvolizə edən "Hamı getdi" səhnəciyi ilə başlandı. Məhz milli birliyimizdən doğan bu yumruq "Dəmir yumruq" oldu , Ali Baş Komandanın rəhbərliyi ilə aparılan hərbi əməliyyatlar vasitəsilə qələbəyə yelkən açdı.
Müxtəlif peşə sahələrini canlandıran balabilgələrimiz "el bir olsa, dağ oynadar yerindən" dedilər.
Tədbirin sonunda çıxış edən Nəsimi filialının icraçı direktoru Aytən Hüseynova qeyd etdi ki, " Qələbəmizin ildönümü ərəfəsində fəxrlə qeyd edə bilərəm ki, artıq işğal tarixini deyil, Zəfər tarixini öyrədirik balabilgələrimizə". Daha sonra Hədəf şirkətlər qrupunun rəhbəri f.ü.f.d Şəmil Sadiq çıxış etdi və bildirdi ki, "Biz tarix boyu hər şeyi döyüşərək, mübarizə apararaq əldə etmişik. Bu zəfəri də bizə qazandıran əsgərlərimizin şücaətidir. Bu gün Hədəf liseyində şəhid və qazi övladları təhsil alır, onlar bizim başımızın tacıdır, onlar bizim gözümüzün nurudur".
Daha sonra Vətən müharibəsi qazisi Şiraz Həsənov, I Qarabağ müharibəsi veteranı Rafiq Qarayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Əmək və Sosial Müdafiə Nazirliyinin şöbə müdiri Sabir Qocayev, Təhsli Şurası İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Arif Gürşadoğlu çıxış etdilər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)






















































