Ağcabədi Şahmat Məktəbinin binasında 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=6)
Bu xəbəri paylaş
Ağcabədi Şahmat Məktəbinin binasında 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib- (AZpressAZ -Mais İbrahimov +FOTO=6)
"Azərbaycan usaqlari” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ağcabədi Reabilitasiya Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni oxunub, respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi yad edilib. Təşkilatın rəhbəri “Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, Sosial Xidmətlər Agentliyinin 23 saylı ərazi seçki dairəsinin müdiri Fazil Əkbərov, Ağcabədi pedaqoji kollecinin direktor müavini Rövşən Bayramov, Uşaq Şahmat məktəbinin direktoru Rauf Musayev çıxış edərək, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfərdən, zabit və əsgərlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Tədbirdə Ağcabədi Pedaqoji Kollecinin bir qrup tələbələri və valideynləri iştirak etmisdir.
Tədbirdə, həmçinin ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğıdan bəhs olunub.
Bayram tədbirində uşaqlar şeirlər söyləyib, rəqs ediblər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)





