Bakı Musiqi Akademiyasının tələbələri də Zəfər yürüşündə iştirak etdilər +VİDEO=2

Bakı Musiqi Akademiyasının tələbələri də Zəfər yürüşündə iştirak etdilər +VİDEO=2

Bakı Musiqi Akademiyasının tələbələri də Zəfər yürüşündə iştirak etdilər +VİDEO=2

 

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Bakı şəhərində Zəfər yürüşü Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin hərbi orkestrlərinin müşayiəti ilə başlandı.

 

Bakı Musiqi Akademiyasının tələbələri də Zəfər yürüşündə vətənpərvərlik və qürur hissi ilə iştirak etdi.
Azneft dairəsindən başlayan yürüşdə hərbi orkestrin ifasında vətənpərvərlik və qələbə ruhunda mahnı və marşlar səsləndirdi.

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları 440 metr uzunluğunda Azərbaycan bayrağını yürüş marşrutu üzrə aparırdılar. Yürüşü süvari dəstəsi müşayiət edirdi.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020