Bülbülün Memorial Muzeyində "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilmişdir +FOTO=9

Bülbülün Memorial Muzeyində "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilmişdir +FOTO=9

Bülbülün Memorial Muzeyində "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilmişdir  +FOTO=9

 

5 noyabr 2021-ci il tarixində Bülbülün Memorial Muzeyində 8 noyabr-Zəfər Günü münasibətilə "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Cabbarova Fərqanə qonaqları salamlamış, Vətən müharibəsindən, Zəfər Gününün tarixindən, yeni fəaliyyətə başlayan Bülbülün Şuşadakı Ev-Muzeyindən söhbət açmışdır.

 

Tədbirdə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri iştirak etmişdirlər. Respublika və Beynəlxalq Müsabiqələr laureatları Fateh İsgəndərin ifasında Üzeyir Hacıbəyovun "Cəngi" , Nuranə Salamovanın ifasında Cövdət Hacıyevin "Ballada", Vasif Cavadovun ifasında Süleyman Ələsgərovun "Daimi hərəkət", Pərzadlı İnayətin ifasında Fikrət Əmirovun "Min bir gecə" baletindən fraqment, Əhmədzadə Mətləbin ifasında "Xudayar təsnifi" səsləndirilmişdir. Həmçinin Teatr şöbəsinin şagirdlərinin hazırladığı kompozisiyalar nümayiş etdirilmişdir.


 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020