Ağcabədidə Vətən müharibəsi qaziləri ziyarət olunur- (AZpressAZ -Mais İbrahimov +FOTO=18)

Ağcabədidə Vətən müharibəsi qaziləri ziyarət olunur- (AZpressAZ -Mais İbrahimov +FOTO=18)

Ağcabədidə Vətən müharibəsi qaziləri ziyarət olunur- (AZpressAZ -Mais İbrahimov +FOTO=18)

 

Dövlətimiz tərəfindən şəhid ailələrinə,qazilərə hər zaman diqqət və qayğı göstərilir.

 

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Zəfər günü münasibəti ilə noyabr ayının 3-dən etibarən Ağcabədi rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid ailələri, əlilliyi təsdiq olunmuş qazilər və müalicəsi davam etdirilən müharibə iştirkaçıları ziyarət olunur. 3-4 noyabr tarixlərində rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov qazi Asif Nağıyev, Elmin Əsədov, Orxan Xəlilov, Rakif Kərimov, Zülfü Baxışov, Əsəd Quliyev, Mərhəmət Məmmədov və Qorxmaz Həsənovun evində olmuşdur. Zəfər tariximizdən Ali Baş Komandanın rəhbərliyi ilə qələbənin qazanılmasında canından və sağlamlığından keçən oğullarımızın şücaətindən danışan icra başçısı qazilərimizə can sağlığı arzulamışdır. Söhbət zamanı qazilər onlara göstərilən diqqət və qayğıy görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.

 

Qeyd edək ki, ziyarətlər davam etdirilir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020