Qazaxıstan Parlamenti Məclisi sədrinin müavini Balaim Kesebayeva Milli Məclis sədrinin müavini Adil Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib

Qazaxıstan Respublikasının Parlamenti Məclisi sədrinin müavini,  Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Balaim Kesebayeva Azərbaycan Milli Məclisi sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Qazaxıstanla  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyevə 8 noyabr –  Zəfər Günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.


Məktubda Qazaxıstan parlamentinin vitse-spikeri Azərbaycan Respublikasının  əldə etdiyi Qələbə, ərazi bütövlüyümüzün bərpa edilməsinin birinci ildönümü ilə əlaqədar   səmimi təbriklərini çatdırıb. O, Azərbaycanın tarixi Zəfərinin Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi, bölgədə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.


Balaim Kesebayeva Qazaxıstan və Azərbaycan arasında münasibətlərin əsasında yüksək səviyyəli siyasi dialoqun olduğunu qeyd edərək, iki ölkə parlamentləri arasında əməkdaşlığın xalqlarımızın mənafeyi naminə bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.  
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020