ADU ilə Yaponiyanın ölkəmizdəki səfirliyi arasında müqavilə imzalanıb

ADU ilə Yaponiyanın ölkəmizdəki səfirliyi arasında müqavilə imzalanıb

15 dekabr 2021-ci il tarixində, Yaponiyanın Azərbaycan Respublikasındakı  Səfirliyində “Mədəniyyət üzrə Ot kökləri Layihələri üçün Qrant Yardımı” çərçivəsində “Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin avadanlıqlarla təmin edilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilmişdir. Sözügedən mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Zati-aliləri cənab Vada Cüniçi, “Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi” İctimai birliyinin sədri Yasin Dadaşov, Azərbaycan Dillər Universitetində Yaponiya araşdırmalar mərkəzinin müdiri  Yaşar İbrahimov  iştirak etmişdirlər.
Layihənin əsas məqsədi Azərbaycanda yapon dilinin əsas tədris müəssisələrindən biri olan Azərbaycan Dillər Universitetində yapon dili mərkəzində təhsil səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə 2 otağı komputer, printer və sairə kimi lazımi avadanlıqlarla təchiz etməkdir.
İmzalanma mərasimində səfir Vada yapon dili təhsili ilə bağlı gözləntilərini ifadə edərək, "Ümid edirəm ki, bu layihə vasitəsilə daha çox tələbə yüksək keyfiyyətli təhsil almaq şansı əldə edəcək" dedi. Təşkilatın sədri Yasin Dadaşov isə Yaponiya Hökumətinin “Mədəniyyət üzrə Ot Kökləri Qrant Yardımına” görə təşəkkürünü bildirərək, "Bu işin iki məqsədi var. Birincisi insan resurslarının inkişafına töhfə vermək, ikincisi isə yüksək səviyyəli təhsil mühiti olan mərkəz yenilənəcəkdir. Ümid edirəm ki, bu layihənin həyata keçirilməsi ilə Azərbaycan Dillər Universitetində gözəl yapon dili mərkəzi daha təkmilləşdiriləcəkdir” dedi.

Bu  vaxta qədər  bu layihə də daxil olmaqla 9 layihə üzrə qrant müqaviləsi imzalanmışdır, ümumi məbləği isə 600,000 ABŞ dollardan çox təşkil edir.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020