Bunu Azərbaycanda ilk dəfə Aygün Kazımova etdi +FOTO

Bunu Azərbaycanda ilk dəfə Aygün Kazımova etdi 

 

Xalq artisti Aygün Kazımova yeni “Я в Нирване” adlı rus dilli albomunu dijital platformalarda təqdim edib.
Alboma Kazımovanın "Nirvana", "Oderjima", "Tarantino" kimi yeni mahnıları daxildir. Bununla yanaşı müğənninin bundan əvvəl sinql kimi işıq üzü görən Xalq artisti Emin Ağalarovla oxuduğu "Azərbaycan", Filip Kirkorovla olan dueti "Jan Azərbaycan!" da albomda yer alıb.

 

Məşhur "Sus" mahnısının rus dilində olan və "Pust" adlı versiyası da alboma daxil edilib.

 

Pop ulduzun yeni albomu üzərində beynəlxalq komanda çalışıb - azərbaycanlı musiqiçilərlə birlikdə rus və gürcü müəlliflər cəlb olunub, bəzi treklər yazılaraq xaricdə aranjiman edilib.

 

Altı trekdən ibarət diskin buraxılışı “SS-production” şirkətinin himayəsi altında “BEAT Music” etiketində baş tutub.

 

“Я в Нирване” Azərbaycanda innovativ Dolby Atmos səs formatında səslənən ilk albomdur. “BEAT Music”in prodüseri Rüstəm Rzayevin sözlərinə görə, o, Azərbaycanda əvvəllər buraxılan musiqilərdən əsaslı şəkildə fərqli, tamamilə yeni səsə malikdir.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020