Məktəbəqədər təhsil müəssisələrində işə qəbul imtahanlarının test mərhələsi yekunlaşıb (AZpressAZ -Mais İbrahimov +FOTO=9)

Məktəbəqədər təhsil müəssisələrində işə qəbul imtahanlarının test mərhələsi yekunlaşıb (AZpressAZ -Mais İbrahimov +FOTO=9)

 

Respublikada ilk dəfə olaraq Ağcabədi rayonunda həyata keçirilən məktəbəqədər təhsil müəssisələrində tərbiyəçilərin işə qəbul imtahanlarının test mərhələsi yekunlaşıb.

 

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki,rayon icra hakimiyyəti tərəfindən təşkil olunan imtahanların əsas məqsədi gənc ixtisaslı kadrların işlə təmin olunması, məktəbəqədər təhsilin keyfiyyətinin artırılmasıdır. İmtahanın təşkilində nəzarətçilər Dövlət İmtahan Mərkəzi, eləcə də, Təhsil Nazirliyi tərəfindən keçirilən MİQ imtahanlarında iştirak edən nəzarətçi və müəllimlərdən seçilib.

 

M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbin binasında 16 sinif otağında keçirilən imtahanda 70 vakant yer üzrə 216 nəfər namizəd iştirak edib. Yaxın günlərdə nəticələr elan olunduqdan sonra imtahandan uğurla keçən namizədlər elektron qaydada seçim mərhələsinə buraxılacaqlar.

 

Qeyd edək ki, bu mərhələdə 60 sual ünvanlanıb. Növbəti mərhələyə keçid üçün namizədlər minimum 15 bal toplamalıdırlar.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020