"ASAN Xidmət indeksi" üzrə aparılmış qiymətləndirmənin nəticələri ilə əlaqədar onlayn formatda görüş keçirib - VİDEO

"ASAN Xidmət indeksi" üzrə aparılmış qiymətləndirmənin nəticələri ilə əlaqədar onlayn formatda görüş keçirib - VİDEO

Ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN Xidmət indeksi" üzrə aparılmış qiymətləndirmənin nəticələri ilə əlaqədar onlayn formatda görüş keçirib. Görüş zamanı bildirilib ki, 2021-ci ildə "Azərişıq" ASC kommunal xidmətlər göstərən qurumlar arasında ən yüksək nəticə göstərərək 83,61%-lə birinci yerə layiq görülüb.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.


Nəticələrdə görə, 2020-ci ildə Səhmdar Cəmiyyətin göstərdiyi kommunal xidmətlər 45,31 %-ə bərabər olub. Bu isə qiymətləndirmə meyarlarına görə 3 ulduzla dəyərləndirilir. Builki göstəriciyə görə isə "Azərişıq" ASC-nin göstərdiyi xidmətlər 5 ulduza layiq görülüb.


 Qeyd edək ki, builki qiymətləndirmədə kommunal xidmətlər göstərən "Azərsu" ASC 77,43 %-lə 4 ulduza, "Azəristiliktəchizat" ASC 36,88 %-lə 2 ulduza, "Azəriqaz" İB-də 22,1 %-lə 2 ulduza layiq görülüb.


Qeyd edək ki, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanı ilə verilmiş tapşırığa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Xidmət indeksi”ni təşkil edən parametrlər rəhbər tutulmaqla dövlət xidmətlərinin qiymətləndirilməsi tapşırığı həyata keçirilir.


Bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2020-2021-ci illər ərzində Dövlət Agentliyi tərəfindən 24 mərkəzi icra hakimiyyəti orqanının 227 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 124 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidmət qiymətləndirilir.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020