Ağcabədidə şəhid Anar Cəfərovun adını daşıyan küçədə bulaq kompleksinin açılış mərasimi keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=42)
Bu xəbəri paylaş
Ağcabədidə şəhid Anar Cəfərovun adını daşıyan küçədə bulaq kompleksinin açılış mərasimi keçirilib (AZpressAZ -Mais İbrahimov +FOTO=42)
Dekabrın 19-da Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə yüksələn Anar Cəfərovun anım tədbiri keçirilmişdir. AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti, SHXÇDX-nin məsul işçiləri, şəhid ailələrinin üzvləri, ziyalılar, ağsaqqallar, media mənsubları iştirak etmişlər.
Anım günündə Anar Cəfərovun adını daşıyan küçədə onun xatirəsinin əbədiləşdirilməsi üçün inşa olunmuş bulaq kompleksinin açılış mərasimi keçirilib.
Qeyd edək ki, şəhid Anar Cəfərov Suqovuşan istiqamətində gedən gərgin döyüşlərdə igidliklər göstərərək, düşmənə ağır zərbələr vurub. Həmin qanlı döyüşlərin birində o, qəhrəmancasına həlak olub, şəhidlik məqamına qovuşub.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)









































