Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yubileyi münasibətilə xeyriyyə aksiyası təşkil edilib - FOTO

Ötən il Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və  Ordumuzun qəhrəmanlığı sayəsində dövlətimizin ərazi bütövlüyü bərpa edilərək, suverenliyi bərqərar edildi. Əzəli və əbədi torpaqlarımız düşmən işğalından azad olundu, milli qürurumuz yerinə qaytarıldı.


Bizə məhz bu tarixi Qələbəni yaşadan Prezidentimizin 60 illik yubileyi münasibətilə dekabrın 24-də Bakı şəhərinin Nərimanov rayonunda Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü  və “Lovely dent by Khayal Samadov” klinikasının dəstəyi ilə şəhid ailələrinin, qazilərin və sakinlərin pulsuz stomatoloji müayinəsi təşkil edilib.


Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq təşkil edilmiş xeyriyyə aksiyasında vətəndaşlarımız kütləvi şəkildə iştirak edərək, onlara təqdim edilmiş ödənişsiz xidmətlərdən yararlanıblar.


Tədbirdə iştirak edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmiş, ən səmimi duyğularla dövlət başçısının doğum gününü təbrik etmişlər.  Vətəndaşlar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun döyüş meydanında əldə etdiyi qələbə, eləcə də dövlət başçımızın diplomatiya müstəvisində apardığı uğurlu siyasətin nəticəsində 30 ildən sonra tarixi torpaqlarımıza qovuşmağımızdan hər bir azərbaycanlının qürur hissi keçirdiyini bildiriblər.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020