"Üç dəfə ölümün pəncəsindən qurtulmuşam, ölümlə görüşə bilməmişəm" Üzə-düz Çingiz Abdullayev ilə - VİDEO

Çingiz Abdullayev ilə “Üzə-düz”  MTV Azərbaycan kanalı


“Niyə kişilər xəyanət etsə də, onları bağışlamaq olar? Belə bir fikir söyləmişdiniz. Quranda da yazılıb ki, hər bir kişi 4 dəfə evlənə, 400 qadın da saxlaya bilər. Mən saxlamıram. Gülür. 35 ildə 1 dəfə evlənmişəm, bununla da bitib. Qadına icazə verilmir 4 ər saxlamağa, kişilərə icazə verilir. Pis ya yaxşı tarixdə bu belə olub. Xəyanət pis sözdür. Kişiləri ona görə bağışlamaq olur ki, onları qadınları, qızları sevirlər. Onları qəbul etmək lazımdır, bağışlamaq olar, nə edək indi bu belədir də...”.
 


“Ölümdən qorxursunuz? Ölümlə hələ görüşməmişəm, ona görə də deyə bilmərəm. Amma görünür qorxuram, ona görə ki, təyyarədə uçmağı sevmirəm. Bir dəfə təyyarəmiz yanıb, bir dəfə Afrikada çevrilib, bir dəfə yerdə toqquşub. Məndən soruşanda deyirlər, mən buna necə dözürəm? Ildə 40-45 dəfə səfər edirəm təyyarə ilə. Yaxşı bir səbəb tapmışam ki, getməyəndə deyirəm ki, qorxuram. Amma bir tərəfdən də necə qorxuram ki, hər həftə uçuram harasa. Ümumiyyətlə, mən heç vaxt içki qəbul etmirəm. Idmançı olmuşam, sağlam həyat tərzi sürmüşəm. Təyyarəyə oturandan sonra 100 qram içib rahatlaşırsan. 200 qram içəndə lap yaxşı olur amma 300 qram içdikdə sən təyyarədə yox, onun yanında uçursan. Ölüm elədir ki, başa düşürsən ki, hər şey bitir. Mənim qızım mənə deyir ki, yaxşı ölüm 100 yaşında qohumların arasında hardasa bağda oturub gülə-gülə və belə də gedəsən!”.
 


“Cənnət və cəhənnəm fikrim geniş rezonans yaratdı amma mən onu zarafata demişdim. Zarafatın içində də ciddi fikir var. Insan axı özü seçmir hara düşəcəyini. Cəhənnəmdə yaxşı kampaniya olacaq, gözəl qadınlar... Ağıllı kişilər də hamısı ora düşməlidir. Ona görə də bu baxımdan cənnətdə ancaq mollalar olmalıdır. O biri dünyada şansım olsa idi, atam-anam ilə görüşüb, danışmaq istərdim. Ancaq yuxularımda görürəm. Mən atama onu sevdiyimi demirdim. Atamla aramda pərdə də yox idi, biz dost idik, mən onun böyük oğlu idim. Indi imkanım olsa idi, atama deyərdim, onu necə sevirəm. Siz də hər gün evə gələndə atanızı çox sevdiyinizi mütləq deyin, sonra gecikə bilərsiniz. Ömür boyu onun peşmançılığını yaşaya bilərsiniz. Həyatımda iki günü təqvimdən silərdim, atam və anamı itirdiyim günləri. Bunu da deyəndə bəziləri deyir ki, axı mənim anam vəfat edəndə 87 yaşı var idi, sən istəyirdin ki, 200 il yaşasın? Bəli, istəyərdim. Anaların ömrü olmur! Cənnət anaların ayaqları altındadır!”

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020