Bakı Musiqi Akademiyasında tələbələrin iştirakı ilə konsert keçirildi (AZpress.AZ- İ.Nəriman, +FOTO=2)

Bakı Musiqi Akademiyasında tələbələrin iştirakı ilə konsert keçirildi (AZpress.AZ- İ.Nəriman, +FOTO=2)

 

22 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında "Konsertmeyster ustalığı" kafedrasının müəllimləri professorlar Elmira Musayeva, Gülnarə Məmmədyarova və baş müəllim Səfurə Sultanovanın tələbələrinin iştirakı ilə konsert keçirildi.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti Rəna Əliyeva (soprano), Renata Əbubəkirova (skripka), Şahin Məmmədov (klarnet) konsertin solistləri idilər.

 

Konsertin müşayiətçiləri BMA-nın l, ll, lll, lV kurs və magistr tələbələri Gülnaz Eldarlı, Nigar Hüseynova, Samirə Rəhimova, Dinara Rəhimova, Ülkər Musayeva, Səmra Həsənli, Zöhrə Ramazanlı, Səkinə Quliyeva, Jalə Mayilova idilər.

 

Tələbələrin ifasında S.Raxmaninovun "Alper", "Весенные воды", A.Məlikovun "Впечатление", Ü.Hacıbəylinin "Sevgili canan", T.Quliyevin "Əziz surət", M.Manganinin "Pagina d'album", M.Mirzəyevin "Ты сказала что саади..", Q.Qarayevin "Yeddi gözəl" baletindən "Adajio", R.Vaqnerin "Albomdan səhifələr", F.Əmirovun "Azərbaycan elləri" əsərləri uğurla səsləndirildi.
Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020