Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığı alman dilində təqdim edilib

Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzində Azərbaycan klassik ədəbiyyatının qüdrətli söz ustadları Nizami Gəncəvinin 880, İmadəddin Nəsiminin 650 və Aşıq Ələsgərin 200 illiyi münasibətilə alman dilində “Poeziya Günü” keçirilib.
 

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev bildirib ki, tədbir çərçivəsində dahi şəxsiyyətlərin əsərləri alman dilində təqdim olunub. Onların arasında  Köln Azərbaycan Evinin dəstəyi ilə Almaniyada nəşr olunan yazıçı-alim Orhan Arasın “Nizami Gəncəvinin alman dilindəki aforizmləri”, Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə çap edilən “Nəsiminin seçilmiş əsərləri”, “Aşıq Ələsgərin şeirləri” də olub.
 

Qeyd edək ki, oktyabr ayında bu kitablar Almaniyanın “Frankfurt am Main” Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020