Dubay şəhərində soydaşlarımızın həmrəylik görüşü təşkil edilib - FOTO

Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan azərbaycanlıların 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.

Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki əlaqələndiricilərinin təşkilatçılığı ilə baş tutan həmrəylik görüşündə Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan bayraqları və bayrağımızın rənglərinə boyanmış şarlarla bəzədilmiş gəmidə gerçəkləşdirilən tədbir zamanı soydaşlarımız qalib xalqımızı və dünya azərbaycanlılarını möhtəşəm bayram münasibətilə təbrik ediblər. Koordinasiya Şurasının yaradılması, Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması ərəb ölkələrində yaşayan həmvətənlərimizin diaspor quruculuğu sahəsində atdığı mühüm addım və ilin müsbət yekunu kimi qiymətləndirilib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020