Filarmoniyada Prezidentin yubileyilə əlaqədar prezident təqaüdçülərinin konserti keçirilib (AZpress.AZ- İ.Nəriman, +FOTO=8)

Filarmoniyada Prezidentin yubileyilə əlaqədar prezident təqaüdçülərinin konserti keçirilib (AZpress.AZ- İ.Nəriman, +FOTO=8)

Filarmoniyada Prezidentin yubileyilə əlaqədar prezident təqaüdçülərinin konserti keçirilib (AZpress.AZ- İ.Nəriman, +FOTO=8)

 


24 dekabr 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab İlham Əliyeyin 60 illik yubileyinə həsr olunmuş konsert keçirildi.

 

Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Kamera Orkestri çıxış edirdi.

 

Bakı Kamera Orkestrinin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

 

Konsertin dirijorları Əməkdar artist Fuad İbrahimov və Prezident təqaüdçüsü, Gənclər üçün Prezident mükafatçısı Mustafa Mehmandarov idi.

 

Konsert proqramında Bakı Kamera Orkestrinin ifasında A.Əlizadənin "Cəngi", Q.Qarayevin "İldırımlı yollarla" baletindən rəqs, prezident təqaüdçüləri Vüsalə Babayeva, Orxan Hüseynov, Nicat Məmmədov, Zərrin Əliyeva və Gənclər üçün Prezident mükafatçısı Atəş Qarayevin ifasında T.Quliyevin "Qaytağı, F.Əmirovun "Poema-Monoloq", "Sevgi rəqsi", B.Qodarın "Vals", Ü.Hacıbəylinin "Sevgili canan", M.Maqomayevin "Azərbaycan" əsərləri səsləndirildi.

 

Tamaşaçıların rəğbətini qazanan istedadlı gənclərin ifası ilə baş tutan konsert gurultulu alqışlarla başa çatdı.

Qeyd edək ki, Prezident təqaüdçüləri və istedadlı gənclərin təşəbbüsü ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, incəsənət nümayəndələri və digər qonaqlar iştirak etmişlər.



 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020