Bakı Musiqi Akademiyasının nəzdindəki Məktəb-studiyanın 40 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirildi (AZpress.AZ- İ.Nəriman, +FOTO=16)

Bakı Musiqi Akademiyasının nəzdindəki Məktəb-studiyanın 40 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirildi (AZpress.AZ- İ.Nəriman, +FOTO=16)

Bakı Musiqi Akademiyasının nəzdindəki Məktəb-studiyanın 40 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirildi (AZpress.AZ- İ.Nəriman, +FOTO=16)

 


24 dekabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın Orta ixtisas musiqi Məktəb-studiyasının 40 illik yubileyinə həsr olunan "Təşəkkül və novatorluq" adlı kitabının təqdimatı keçirildi.

 

Kitabın redaktorları – SSRİ və Azərbaycan Respublikasının xalq artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Məktəb-studiyanın yaradıcısı və direktoru, professor Tərlan Seyidov, tərtibçi-redaktorlar – sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevda Məmmədova və Aytən İbrahimovadır.
Kitab bir neçə hissədən ibarətdir. Bu nəşrdə məktəb-studiyanın əsasən son 10 il ərzində həyata keçirdiyi bir çox müxtəlif tədbirlər haqqında geniş məlumat verilir, həmçinin, bu mövzu ətrafında yazılan resenziya və dövrü mətbuatda dərc olunan məqalələr diqqətə çatdırılır.

 

Kitab BMA rektoru Fərhad Bədəlbəylinin həm Azərbaycan, həm də rus dillərində iki geniş məqalələri ilə başlayır. Öz məqaləsində rektor məktəb-studiyanın ölkənin musiqi təhsilinin inkişafında mühüm rolunu və burada işlənilmiş innovasiyalı metodların beynəlxalq səviyyədə qəbul olunmasını vurğulayır.
Qeyd edək ki, metodika və quruluşuna görə özünəməxsus olan bu məktəb 1980-ci ildə Azərbaycan

 

Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun təşəbbüsü ilə yaradılıb.

 

Tədbirdə məktəb-studiyanın məzunları ilə yanaşı, bir sıra qonaqlar iştirak ediblər.
Məktəb-studiyanın şagirdlərinin ifasında maraqlı musiqi nömrələri nümayiş olunub.

 

Mərasimdə həmçinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, BMA-nın professoru, Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenləri sahibi, Prezident təqaüdçüsü Ramiz Quliyev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə maraqlı və səmimi çıxışlar ediblər.
Təqdimatın əvvəlində məktəb-studiyanın xoru Tofiq Quliyevin "Alqış ana yurdumuza" və Musa Mirzəyevin "Təbiət nəğməsi"ni ifa edib. Xorun rəhbəri – Azərbaycan Respublikasının Əməkdar müəllimi, dosent Aqil Qafulov, dirijorlar – təcrübəçi tələbələr – Fatimə Rafali və Aytən Əlirzayeva, konsertmeyster – məktəb-studiyanın məzunu, hazırda isə müəllim kimi fəaliyyət göstərən, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli olub.

 

Daha sonra məktəb-studiyanın şagirdləri, beynəlxalq müsabiqələr laureatları Maryam Qədimova (müəllim – Səbinə Bəylərbəyova) Davud Ağalar, Yusif Məmmədli (müəllim – Dilarə Salayeva), Məhəmmədəli İbrahimov (müəllim – Firuz Hüseynov, konsertmeyster – beynəlxalq müsabiqələr laureatlı, Anna İsrafilova), Zərrin Şükür (müəllim – Nərminə Əliverdizadə), Nurel Kərimova (müəllim –Azərbaycan Respublikasının Əməkdar müəllimi Nərgiz Mansurova), Gülnarə Salmanova, Teymur Kazımov (müəllim – Ofeliya Axundova, konsertmeyster – Dilarə Kərimova) və məktəb-studiyanın məzunları – Fəqan Həsənli, Anna İsrafilova, Zərif Kərimova, Tural Məmmədli, Nərgiz Kəngərli, Tural Qasımlı çıxış ediblər.

 

Təqdimat mərasimi Aytən İbrahimovanın Məktəb-studiyanın 40 illik yubileyinə həsr etdiyi, Teymur Kazımovun ifasında səslənən HİMN ilə sona çatıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020