Gəncə, Samux və Göygöl rayonlarında "Region ümumtəhsil orta məktəblərində sosial-emosional sağlamlığın inkişafı" layihəsinə start verdi - FOTO

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gəncə, Samux və Göygöl rayonlarında "Region ümumtəhsil orta məktəblərində sosial-emosional sağlamlığın inkişafı" layihəsinə start verdi.


Layihənin məqsədi Gəncə şəhərində, Samux və Göygöl rayonlarında yerləşən ümumtəhsil orta məktəblərində şagirdləri psixoloji problemlərin və bullinqin aradan qaldırılması ilə bağlı maarifləndirmək, onların əyani resurslarının və bacarıqlarının artırılması istiqamətində ilkin psixoloji yardım və psixokorreksiya metodikasını tədris etməkdir.


İlk seminarlar Gəncə şəhərində 2 nömrəli Gəncə Peşə Liseyində icra olunmaqdadır. Təlimçi Asəf Kərimovun moderatorluğu ilə 1-ci gün - tanışlıq, psixoloq sizə nədə kömək edə bilər, psixoloji maarifləndirmə, psixodiaqnostika, ilkin psixoloji yardım və psixokorreksiya mövzularını əhatə etdi.
 

Gəncə şəhərində fəaliyyət göstərən "Gələcəyə Körpü" Gənclər Birliyi regionda təhsil, gənclər və məşğulluq sahələrində müxtəlif növ layihələr icra edib.
Qeyd edək ki, bu layihə 5 ay müddətində davam edəcək.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020