İtaliya səfiri ANSA xəbər agentliyinə: "Azərbaycan İtaliya üçün əsl strateji tərəfdaşa çevrilib"

Bu günlərdə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində keçirilən İtaliya səfirlərinin 14-cü konfransı çərçivəsində İtaliyanın ən böyük xəbər agentliyi olan ANSA milli mətbuat assosiasiyaları agentliyi İtaliyanın müxtəlif ölkələrindəki səfirlərindən video müsahibələr götürüb. İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ANSA-ya video müsahibəsində İtaliya-Azərbaycan strateji tərəfdaşlığı, Avropada qaz qıtlığının yaşandığı bir vaxtda Azərbaycanın Avropanın, xüsusilə də İtaliyanın enerji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyəti, eləcə də Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycanın çox mühüm nəqliyyat və logistik mərkəz olması barədə danışıb.

Jurnalistin “Azərbaycan Avropa, xüsusilə də İtaliya üçün ilk öncə enerji təhlükəsizliyi sahəsində oynadığı rol baxımından əhəmiyyətlidir. Hal-hazırda İtaliya-Azərbaycan arasında, xüsusilə də enerji sahəsində ticari münasibətlər nə yerdədir” sualına cavab olaraq İtaliya səfiri bildirib: “Azərbaycan İtaliyanın birinci neft və qaz, ikinci qaz tədarükçüsüdür. İtaliyaya və buradan da Avropaya qaz gətirən Trans-Adriatik Boru Kəməri-TAP bizim üçün strateji bir dəyərdir və bunun üzərində işləməyə davam edirik. Avropada qaz qıtlığının yaşandığı bir vaxtda Azərbaycanın vacibliyi daha da artmışdır, Azərbaycan bizim üçün əsl strateji tərəfdaşa çevrilmişdir.”

Jurnalistin “Bir neçə gün öncə Brüsseldə Avropa İttifaqı və Azərbaycan arasında yeni tərəfdaşlıqla bağlı, həmçinin Prezident İlham Əliyevin iştirakı ilə çox mühüm görüşlər oldu. Sizcə bu görüşlərin, dinamikanın nə kimi siyasi dəyəri var” sualına cavab olaraq İtaliyanın Azərbaycandakı səfiri bunun çox böyük siyasi dəyərinin olduğunu, həmin görüşün nəticələrinin çox pozitiv olduğunu, əsas elementin qarşılıqlı logistik kommunikasiya xətlərinin yenidən açılmasının olduğunu, bunun Azərbaycanı dünyanın Şərqdə çox mühüm mərkəzinə çevirəcəyini vurğulayıb. “Eyni zamanda, Azərbaycan Şərqlə Qərb arasında bir növ dayaq, körpü rolunu oynayacaqdır. Bu baxımdan da Azərbaycanın əhəmiyyəti daha da artır. Bu, gərginliyin azaldılması və bütünlüklə aradan qaldırılması üçün ilk mərhələdir və çox vacib mərhələdir. Bu, həm bizim üçün, həm də beynəlxalq ictimaiyyət üçün çox əhəmiyyətlidir, çünki sabitlik deməkdir”, deyə diplomat bildirib.


Jurnalistin “İtaliya və Azərbaycan arasındakı ticari münasibətlər enerji ilə yanaşı hansı sahələr üzərində qurulub” sualına cavab olaraq Klaudio Taffuri iqtisadi əlaqələrdə enerji amilinin əhəmiyyətinə toxunub, bu səbəbdən müsbət saldonun Azərbaycanın xeyrinə olduğunu bildirib. İtaliyanın Azərbaycana ixracına gəldikdə isə bunun enerji sənayesi üçün mal və materialların təchizatının əsas yer tutduğunu deyən səfir əlavə edib: "Amma təkcə bu deyil. Azərbaycan elə bir ölkədir ki, İtaliyaya xüsusi maraqla yanaşır. Bizim moda sektorumuzun məhsulları, mədəniyyət və incəsənətimiz azərbaycanlılar üçün çox maraqlıdır. Habelə “Made in Italy” brendi, necə deyərlər, azərbaycanlıların həyatında əhəmiyyətli yer tutur. Azərbaycanda bizim məhsullara münasibətdə bu qədər diqqəti müşahidə etmək olduqca maraqlıdır.”

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinin ANSA agentliyinə müsahibəsi İtaliyanın bir sıra digər kütləvi informasiya vasitələrinin də marağına səbəb olub. Müsahibə “il Sole 24 Ore”, “L'Adige”, “Gazzetta di Parma”, “MSN”, “il Giornale di Vicenza”, “Brescia Oggi”, “Quotidiano”, “Giornale del Trentino”, “L'Arena”, “Notizie Tiscali”, “Alto Adige”, “Virgilio” və sair kimi mətbuat orqanları tərəfindən də yayılıb.


Müsahibə ilə aşağıdakı keçidlərlə tanış olmaq mümkündür:

https://www.ansa.it/sito/videogallery/mondo/2021/12/20/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio_c7683bf9-93c7-4532-8bf8-398e1af9bf3d.html

https://www.ansa.it/ansa_4_diplomacy/notizie/2021/12/20/azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio_89fa3cfb-1d49-402e-b3dd-d7a6db34e49e.html

https://stream24.ilsole24ore.com/video/mondo/taffuri-azerbaigian-partner-strategico-forniture-gas-e-petrolio/AENR9r3

https://www.ladige.it/video/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio-1.3087300?p=2

https://www.gazzettadiparma.it/italia-mondo/2021/12/20/video/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio-616587/

https://www.msn.com/it-it/money/storie-principali/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio/vi-AARZZun

https://www.ilgiornaledivicenza.it/media/video/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio-1.9085674

https://www.bresciaoggi.it/media/video/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio-1.9085670

https://www.quotidiano.net/esteri/video/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio-1.7171081

https://cdn.jwplayer.com/players/sH06tAMA-WrHHrObW.html

https://www.vistosulweb.com/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio/

https://www.giornaletrentino.it/video/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio-1.3087296

https://www.altoadige.it/video/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio-1.3087295

https://notizie.tiscali.it/esteri/articoli/taffuri-azerbaigian-partner-strategico-forniture-gas-petrolio-00001/

https://www.larena.it/media/video/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio-1.9085672

https://video.virgilio.it/guarda-video/taffuri-azerbaigian-partner-strategico-per-forniture-gas-e-petrolio_bc6287800502001

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020