Xalça Muzeyində uşaqlar üçün Yeni il karnavalı keçirildi +FOTO=15

Xalça Muzeyində uşaqlar üçün Yeni il karnavalı keçirildi +FOTO=15

Xalça Muzeyində uşaqlar üçün Yeni il karnavalı keçirildi +FOTO=15

 

Dekabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində uşaqlar üçün Yeni il karnavalı keçirilib.
Tədbirin açılışında Azərbaycan Ritmləri Mahnı və Rəqs Ansamblı, 2 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu çıxış edib. Bu ifalardan sonra muzeyin Uşaq şöbəsinin “Nənəmin sandığından fashion show” adlı 3 aylıq tədris proqramına qoşulan uşaqların öz əlləri ilə yaratdıqları geyimlərdən ibarət moda nümayişi keçirilib. Həmçinin görkəmli sənətkar Kamil Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanan, üzərində rəssama məxsus xalça naxışlarının əks olunduğu geyimlər muzeyin Uşaq Birliyinin üzvü tərəfindən təqdim olunub. Birlik üzvlərinin rəsm və xalçaçılıq üzrə bir-birindən gözəl əsərləri sərgilənib.

 

Balaca dostlar suvenir xalça, qar adamı yumşaq oyuncağı, yeni il açıqcası hazırlanması, şəddə toxunması üzrə ustad dərslərə qatılaraq, öz istedad və bacarıqlarını göstəriblər. Onlar üçün əyləncəli kvest oyunu keçirilib, “Fitnə” kölgə teatrı, “Tıq-tıq xanım” tamaşaları göstərilib.

 

Karnavalda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin, H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Karnaval balaca dostlar üçün təşkil olunan sehrli, əyləncəli, rəngarəng Yeni il şousu ilə başa çatıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020