ŞƏKİLüstü söz: HEÇ KİMƏ BORCU OLMAYAN ADAM-ATAM!
Bu xəbəri paylaş
ŞƏKİLüstü söz: HEÇ KİMƏ BORCU OLMAYAN ADAM-ATAM!
Əllinci illərin şəklidir, atam parad qəbul edir. Bu gün 31 dekabr onun doğum günüdür! Bir azdan onun qurub-yaratdığı ocağında 90 illiyini qeyd edəcəyik! Özü olmasa da, əziz xatirəsi və ruhu bizimlədir həmişə. Məni atama görə tanıyıblar və indi də belədir: hansı qapını döysəm, hansı kəndə, hansı evə getsəm, mütləq soruşurlar: “Rəhmətlik İsmayılın oğlusan?”. “Bəli!” deyə qürurla cavab verirəm və heç zaman utanmıram. Atam düz 11 ildir aramızda yoxdur, hamı ona ürəkdən “Allah qəbrini nurla doldursun!” deyir. Çünki o, dürüstlük, saflıq, ədalət və ləyaqət rəmziydi. Əqidəsini və prinsiplərini dəyişən adam deyildi. Tarix müəllimi, komsomol, sovet və partiya xadimi, təsərrüfat rəhbəri, ailə başçısı kimi hər zaman xeyirxah və şərafətli olub. Belə ATA ilə qürur duyur, onun ruhu qarşısında baş əyirəm!
Yubileyin mübarək, Ata!
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)