Səfir: İslam ümməti tezliklə şəhid generalın başladığı qəti qələbənin şahidi olacaqdır

Şəhid Hacı Qasım Süleymani terrorla mübarizədə ümumdünya səviyyəsində tanınan bir qəhrəman olmaqla yanaşı, milli qəhrəmanımız və İslam ümmətinin qəhrəmanı idi.
 

Bunu AZpress.AZ-a İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
 

Şəhid Süleymaninin şəhadəti ilə daha rahat və təhlükəsiz bir dünyaya sahib olacaqlarını güman edənlər ciddi səhvə yol verdilər və şəhid Süleymanidən sonrakı dünya İŞİD və terrorçular, eləcə də bu terrorçuları yaradanlar üçün təhlükəsiz olmadı. Şəhid Süleymaninin qatilləri və onlara bu qətli yerinə yetirməyə göstəriş verənlər, bu qanlı cinayətə görə cavab verməli olacaqlar və İslam ümməti tezliklə şəhid Süleymaninin başladığı qəti qələbənin şahidi olacaqdır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020