Müşfiq Ələsgərli: DİQQƏTLİ OLAQ!

Müşfiq Ələsgərli: DİQQƏTLİ OLAQ!

 

02 yanvar 2022-ci il tarixdə saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amin Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirmişdir. Bundan sonra baş çavuş E.Əvəzli silahını ataraq hadisə yerindən qaçmışdır. Hazırda kiçik çavuş E.Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

 

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərə­findən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

 

Görünür, düşmən təkcə qarşıda, səngərdə deyil, həm də müxtəlif libaslara bürünərək çevrəmizdə dolaşır. Tarixi qələbəmizi həzm edə bilməyənlər, ölkədəki həmrəylikdən əndişə keçirənlər pozuculuq salmaq üçün bütün vasitələrdən istifadə edirlər. Ümid edirik, Baş Pokurorluq və DSX-nin birgə səyi ilə hadisəni törədələr tapılıb layiqli cəzalarını alacaqlar.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020